"Bu müzakirələr rəhbərləri ana dilində danışa bilməyən idarələrdə aparılmalıdır”.
Sfera.az xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.
S.Rüstəmxanlı qeyd edib ki, qanunların dili çox çətindir:
"Rus çarlarından biri deyirdi ki, qanunları elə dildə yazın ki, sadə adamlar başa düşməsin. Məcbur olub məmurun qapısını döysün ki, bunu bizə izah elə. Bizim bəzi qanunlarımızın dili o cürdür. Ən çox lazım olan "Təhsil haqqında" qanun hazırlananda mən bunu demişdim. "Tələbə yurdu" deyirdik, bu hökmən "kampus" olmalıdır? Qanunlar başqa ölkələrin qanunları əsasında hazırlanır, onlar da dilimizi bilmir, tərcümə edə bilmir, belə problemlər olur. "Süni intellekt" deyil, "süni zəka"dır, "intellekt" "baza" deməkdir".
Sabiq deputat bankomatlardakı dil problemlərindən də söz açıb:
"Reklamlar müqəddəs sözlərimizi də silib atır. Bakı oteli, Naxçıvan oteli, yanacaqdoldurma məntqələri vardı. Bankomatdan pul çıxaranda "sizin xahişiniz emal olunur" yazılır. Dildə də emal olar? Hamı şadlıq sarayı deyir, bizdə "plaza" yazırlar. Türk terminologiyaları üzərində koordinasiya türk əsaslı olmalıdır. Bütün türk dillərində "sözlük" deyilir, biz niyə "lüğət" deməliyik?".
Firuzə Əliyeva
Sfera.az