"Son illər Şura reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını alıb”.


 


Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.


 


İ.Səttarov qeyd edib ki, 5-10 il əvvəl bu hallara çox rast gəlinirdi:


 


"Verilişlərdən fərqli olaraq, reklam çarxları daha çox görülür və burada istifadə olunan sözlər insanların yaddaşına həkk olunur. Verilişlərdə bununla bağlı vəziyyət qənaətbəxş deyil. Televiziya və radio-məkanda 800 saatlıq efirlər olur. Monitorinq şöbəsində 6 nəfərin olduğunu nəzərə alsaq, bunun hamısını aşkar etmək mümkün olmur".


 


Şura sədri qeyd edib ki, Prezident İlham Əliyevin çıxışını əsas götürərək süni intellektdən yararlanıb daha çox istifadə olunan 40-a yaxın əcnəbi sözün siyahısı çıxarılıb, verilişlərdə monitorinq edilib və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın bu cür əcnəbi sözün işləndiyi müşahidə olunub:


 


"100-dən çox "okay" sözü işlədilib. Bu sözləri toplayaraq kanallara hansı aparıcıların hansı əcnəbi sözləri işlətdiyi ilə bağlı yanvar ayından xəbərdarlıq göndərəcəyik. Biz medianı cərimə etmək istəmirik. Onsuz da maddi baxımdan vəziyyət kifayət qədər çətindir, amma biz bunu etməliyik. Cərimə isə 500 manatdan 1000 manata qədərdir”.


 


Firuzə Əliyeva


Sfera.az