Astrologiya üzrə mütəxəssislər münasibətlərdə sədaqət və xəyanət meyillərinə görə bürclərin fərqli davranışlar sərgilədiyini bildiriblər. Onların sözlərinə görə, emosional sabitlik, xarakter quruluşu və şəxsiyyət tipinə görə bəzi bürclər daha çox risk qrupuna daxildir, digərləri isə münasibətdə sədaqəti ilə seçilir.
Sfera.az xəbər verir ki, aparılan astroloji qiymətləndirmələrə əsasən ən xəyanətkar və ən sadiq bürclər aşağıdakı kimi sıralanıb:
Ən xəyanətkar bürclər
Əqrəb: Mütəxəssislər qeyd ediblər ki, güclü sevgini və gizliliyi sevməsi Əqrəbi xəyanətə daha meyilli edir. Onların emosional dalğalanmaları münasibətlərdə etibarsız davranış yarada bilir.
Əkizlər: Dəyişkən xarakteri ilə tanınan bu bürc yeni həyəcanlara açıq olur. Uzunmüddətli öhdəliklərdə çətinlik yaşamaları xəyanət riskini artıran əsas faktor kimi göstərilir.
Oxatan: Azadlığına düşkün olan Oxatan gündəlik münasibət qaydalarından tez yorulur. Rutindən qaçmaq istəyinin xəyanətə gətirib çıxarma ehtimalı yüksək sayılır.
Ən sadiq bürclər
Oğlaq: Mütəxəssislərin fikrincə, Oğlaqlar məsuliyyətli və sabit münasibət tərəfdarıdır. Onlar üçün xəyanət xarakter baxımından qəbuledilməz hesab olunur.
Buğa: Sabitlik və güvənə önəm verən Buğa bürcü uzunmüddətli əlaqələri üstün tutur. Münasibətdə sadiq qalmaq bu bürcün əsas prinsiplərindən biridir.
Xərçəng: Ailə dəyərlərinə bağlılığı ilə seçilən Xərçəng duyğusal sədaqət nümayiş etdirən bürclər sırasındadır. Mütəxəssislər Xərçəngi ən etibarlı tərəfdaşlardan biri kimi qiymətləndirir.
Astroloqlar bildiriblər ki, bürclər yalnız ümumi tendensiyaları əks etdirir və real münasibətlərdə insanın fərdi xarakteri əsas rol oynayır.
Bəsti Rəfizadə
Sfera.az