Hazırda nazirlik tərəfindən süni intellektin etik və məsuliyyətli formalaşdırılması üçün xüsusi standartlar hazırlanır.


 


Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin bu gün keçirilən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransdakı çıxışında bildirib.


 


Nazir müavini qeyd edib ki, Azərbaycanda süni intellekt tətbiqlərinin yaradılması üçün 6 aylıq süni intellekt akademiyasının fəaliyyətinə başlanılıb:


 


"Artıq 150-ə yaxın tələbə seçilib. Bu, tam təqaüdlü dövlət proqramıdır. 6 ayın tamamında süni intellekt mühəndisləri, data mühəndisləri və digər mütəxəssislər yetişəcək. Bunun üçün tanınmış xarici universitetlərlə əməkdaşlığa da başlamışıq".


 


Firuzə Əliyeva


Sfera.az