Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yeni təyinat olub.


Qaynarinfo-nun məlumatına görə, nazir Anar Əliyevin müvafiq əmri ilə Samir Şixiyev qurumun İdarə Heyəti sədrinin müavini təyin edilib. 


Qeyd edək ki, Samir Şixiyev bu təyinatadək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışırdı.


Samir Şixiyev 2004-2025 ci illərdə Akademik Mirqasimov adına Resbuplika Klinik Xəstəxanasında cərrah işləyib. O, 2016-cı il Aprel döyüşlərində həkim kimi iştirak edib.



Telegram kanalımız