"Aqrar sahədə rəqəmsal transformasiya proqramı çərçivəsində artıq 30-dan çox süni intellekt ssenarisi müəyyən edilib".


 


Sfera.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin bu gün keçiriıən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda elmi-praktik konfransdakı çıxışında bildirib.


 



 


Nazir müavinin sözlərinə görə, iqlim dəyişiklikləri son illərdə kənd təsərrüfatına, su ehtiyatlarına və torpaqlarımıza ciddi təsir göstərir. Bu səbəbdən də idarəetmə mexanizmlərimizin daha dəqiq, daha operativ və daha məlumat əsaslı olması zərurətə çevrilib. 


 


"Qarşımızda duran əsas vəzifələrdən biri də bu texnologiyaları daha da genişləndirmək, həm idarəetmədə, həm də sahələrdə tətbiqi daha əlçatan etməkdir",-İ.Qədimova qeyd edib.


 


Firuzə Əliyeva


Sfera.az