Lənkəran rayonunda muzey direktoru vəfat edib.


"Yeni Sabah" xəbər verir ki, bu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyinin direktoru Tamara Fətullayevadır.


Muzeyə daha əvvəl Həzi Aslanovun həyat yoldaşı Xavər xanım rəhbərlik edib. O, 1979-cu ildə vəfat edəndən sonra Tamara Fətullayeva 40 ildən artıq müddətdə muzeyin rəhbəri olub.



Telegram kanalımız