Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.