Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələdən sonra bölgədə sunami təhlükəsi elan olunub.
Sfera.az bildirir ki, Aomori prefekturasında ilk sunami dalğası 40 santimetr hündürlüyündə qeydə alınıb. Eyni zamanda, Hokkaydo prefekturasında isə 20 santimetrlik sunami dalğası müşahidə olunub.
Milli Meteorologiya Agentliyi tərəfindən verilən açıqlamaya əsasən, təxminən üç metr hündürlüyündə sunami dalğalarının Yaponiyanın şərq və şimal-şərq sahillərinə doğru hərəkət etdiyi bildirilib.
Hazırda bölgədə fövqəladə hallar xidməti gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Rəsmilər sahil bölgələrində yaşayan sakinləri ehtiyatlı olmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırırlar.