Sumqayıtda 31 yaşlı qadın itkin düşüb.


 


Sfera.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya həmin şəxsin yaxınları məlumat verib.


 


Bildirilib ki, 1994-cü il təvəllüdlü Aysel Quliyeva noyabrın 12-si evdən çıxıb və hələ də geri qayıtmayıb.


 


Qeyd edilib ki, əynində qara, qolsuz kurtka və qara hicab olub. Son dəfə noyabrın 17-si günorta saatlarında Binəqədi ərazisində görülüb.


 


Şəxsi görənlər 077 321 83 53 və 051 252 62 79 mobil nömrələrinə zəng edə bilərlər.