Zaqatalada yardımçı tikilidən kişi meyiti tapılıb.


 


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. 


 


 


Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə ailə üzvləri tərəfindən aşkar olunub.


 


 


Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.