Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.


APA-nın yerli bürosunun məlumatına görə Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.


7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız