Əhmədlidə Cavanşir küçəsi-31 ünvanı ilə Məhəmməd Hadi 106-nın kəsişməsində təhlükəli vəziyyət yaranıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.


Sözügedən ərazidə istinad divarları qəzalı vəziyyətdədir. Bu gün həmin divardan daşlar qoparaq düşüb.


"Son zamanlar tez-tez burdan daşlar tökülür. Yağış yağanda vəziyyət daha da qorxulu hal alır", - deyə sakinlərdən biri vurğulayıb.


Ərazidən kadrları təqdim edirik:


 


 



Telegram kanalımız