Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.


"Yeni Sabah" verir ki, yanğın "Kristal Abşeron-2" yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində olub.


Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.


Yanğın qısa zamanda söndürülüb.


Faktla bağlı araşdırma aparılır./Oxu.Az



Telegram kanalımız