Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb.


"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir.


"Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.


Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.



Telegram kanalımız