Sosial şəbəkələrdə gələn ilin qəbul imtahanları ilə bağlı bir sıra tarixlər açıqlanıb.


"Yeni Sabah" modern.az-a istinadla xəbər verir ki, fevral ayının 15-də magistraturaya qəbul imtahanı keçiriləcəyi iddia olunur.


Dövlət İmtahan Mərkəzi (DİM) iddiaları təkzib edib. Qurumdan bildirilib ki, tarixlərlə bağlı DİM-in saytı və sosial şəbəkələri vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil. İmtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.



Telegram kanalımız