Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.


Ali rütbə alanlardan biri də general-mayor Adil Abdullayevdir. Sərəncamla o, general-leytenant ali hərbi rütbəsi ilə təltif edilib.


“Yeni Sabah” onun dosyesini təqdim edir:


Adil Abdullayev 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.


O, 2024-cü ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərova müavin təyin edilib.


A.Abdullayev nazir müavini olana qədər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.


FHN-dən öncə isə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.



Telegram kanalımız