Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.


"Yeni Sabah" qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.


Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakini Ağa Əhmədov hadisə yerində ölüb.


O, universitetin "Turizm və qonaqpərvərlik" fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış.



Telegram kanalımız