“A.B.I.” serialının son çəkilişləri maraqlı bir sürprizə şahid olub. 




Sfera.az xəbər verir ki, baş rol aktyoru Kenan İmirzalıoğlunun həyat yoldaşı Sinem Kobal qızları Lalin və Leyla ilə birlikdə serialın çəkiliş meydançasına gəlib.


 


Balaca qonaqlar rejissor Cem Karcının kreslosunda oturaraq atalarının səhnələrini maraqla izləyiblər.




Lalin və Leylanın şirin marağı çəkiliş heyətində gülüş yaradıb və prosesə sevinc qatıb. 




Qeyd edək ki, Sinem Kobal və Kenan İmirzalıoğlu sosial mediada tez-tez paylaşdıqları ailə fotoları ilə pərəstişkarlarının diqqətini çəkən məşhurlardandır.

İmirzalıoğlu Afra Saraçoğlu ilə baş rolunu paylaşdığı “A.B.I.” serialında canlandırdığı Doğan obrazı ilə tamaşaçıların rəğbətini qazanmağa davam edir. 


 


Mənsumə

Sfera.az