Türkiyəli sənətçi Mahsun Kırmızıgülün mirasla bağlı fikirləri gündəmə gəlib. Müğənni ailələrdə əmlak üstündə yaranan mübahisələrin qarşısını almaq üçün valideynlərin sağlığında mirası övladları arasında bölüşdürməli olduğunu bildirib.


“Yeni Sabah” xəbər verir ki, Kırmızıgül miras məsələsinə münasibət bildirərkən bəzi övladların valideynlərinin vəfatını gözləyərək əmlaka sahib çıxmağa çalışdığını deyib.


“Ailənin lideri dünyasını dəyişəndə övladlar təəssüf ki, bir-birinə düşmən kəsilir. Əslində, atalar sağlığında bunu edə bilsə, heç bir problem yaranmaz. Övladların bir-birinə düşməməsi üçün mirasın əvvəlcədən bərabər bölünməsi lazımdır. Elə övladlar var ki, atalarının ölməsini, mirasa sahib çıxmağı gözləyirlər. Bu da böyük vəfasızlıqdır. Mən olsam, belə övlada heç nə qoymaram”, - deyə sənətçi bildirib. İnternetdən sifariş


Müğənninin bu açıqlamasından sonra onun öz sərvəti və əmlakının dəyəri də maraq mövzusuna çevrilib.


Kırmızıgülün rəsmi sərvət siyahısı açıqlanmasa da, mətbuatda yayılan məlumatlara əsasən, onun əsas gəlir mənbələri daşınmaz əmlak, prodüserlik fəaliyyəti, müəllif hüquqları və konsertlərdir.



Telegram kanalımız