Türkiyə ilə Ermənistan arasında sərhəd iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən və konstitusiya dəyişikliklərindən sonra açılacaq.


"Yeni Sabah" Cümhuriyyet-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov bildirib.


Diplomat qeyd edib ki, Azərbaycan Türkiyə ilə daim əlaqədədir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi də davam edir. Dördpendirli pizza


O əlavə edib ki, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra konstitusiya dəyişiklikləri yolu ilə Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracağı gözlənilir.


R.Məmmədovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında əvvəllər ABŞ-də razılaşdırılmış sülh müqaviləsi imzalanacaq. Azərbaycanlı diplomatın sözlərinə görə, bu proses başa çatdıqdan sonra Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədləri də açılacaq.



Telegram kanalımız