Türkiyə İŞİD ilə əlaqəsi olan 110 şübhəlini saxlayıb.

 


Sfera.az TRT Haber-ə istinadən məlumat verir ki, reydlər ölkənin üç əyalətində keçirilib.

 


Bütün saxlanılanlar dindirilmək üçün aparılıb.

 


Axtarışlar zamanı təhlükəsizlik qüvvələri 4 tüfəng, 90 patron, rəqəmsal materiallar və çoxlu sayda qadağan olunmuş çap materialları və İŞİD-in təşkilati sənədlərini aşkar edib.