Türkiyədə noyabrın 29-da əlverişsiz hava şəraiti ilə bağlı ciddi xəbərdarlıq edilib.


“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Meteorologiya Baş İdarəsi noyabrın 29-na olan hava proqnozunu açıqlayıb.


Proqnoza əsasən, ölkənin böyük hissəsində yağışlı və küləkli hava hökm sürəcək. İstanbul və İzmirin də daxil olduğu 39 vilayət üçün sarı kodlu meteoroloji xəbərdarlıq verilib. Online shopping Azərbaycan


Məlumata görə, Mərmərə, Şərqi Aralıq dənizi, Qara dəniz sahilləri, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində, eləcə də İzmir, Aydın və Muğlanın sahil hissələrində yağış gözlənilir.


Cənub-Şərqi Anadolu bölgəsində, həmçinin bir sıra digər vilayətlərdə leysan yağışlarının güclü olacağı proqnozlaşdırılır. Şərqi Qara dənizin daxili hissələrində, Şərqi Anadolunun şərqində və Kırklarelidə isə axşam saatlarından etibarən sulu qar və qar yağacağı bildirilir.


Bununla yanaşı, Mərmərə, Şimali Egey və Qərbi Qara dənizin sahil ərazilərində küləyin sürətinin saatda 70-90 kilometrə çatacağı, bəzi yerlərdə güclü fırtınanın müşahidə olunacağı gözlənilir. Hatay ətrafında da küləyin sürətinin saatda 60-80 kilometrə çatacağı bildirilir.


Hava temperaturunun ölkənin şimal və şərq bölgələrində 3-5 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır.


Meteorologiya Baş İdarəsi güclü yağış və fırtına ilə əlaqədar sel, su basması, ağacların aşması, dam örtüklərinin uçması və nəqliyyatda yarana biləcək problemlərə qarşı sakinləri ehtiyatlı olmağa çağırıb.


Sarı kodlu xəbərdarlıq verilən 39 vilayət:


Adana, Adıyaman, Ağrı, Balıkəsir, Biləcik, Bingöl, Bitlis, Bursa, Çanaqqala, Diyarbəkir, Ədirnə, Elazığ, Ərzurum, Qaziantep, Hakkari, Hatay, İstanbul, İzmir, Kastamonu, Kırklareli, Kocaeli, Kütahya, Malatya, Manisa, Kahramanmaraş, Mardin, Muş, Sakarya, Samsun, Siirt, Sinop, Tekirdağ, Şanlıurfa, Van, Batman, Şırnak, Yalova, Kilis və Osmaniyə.



Telegram kanalımız