Kriştiano Ronaldonun doqquzillik nişanlısı Corcina Rodriqez yenidən görünüşündə dəyişiklik edib. Model son paylaşımı ilə izləyicilərini təəccübləndirib.
Sfera.az xəbər verir ki, hər paylaşımda və tədbirdə fərqli saç və geyim stilləri ilə diqqət mərkəzində olan Corcina Rodriqez bu dəfə tamamilə yeni görünüşü ilə gündəmə gəlib.
O, yaxınlarda qatıldığı xüsusi brend tədbirində qara saçlarını sarı rəngə boyayaraq hər kəsi heyrətləndirib.
Rodrigezin yeni imicini görənlər onu tanımaqda çətinlik çəkib. Model həmçinin saç düzümü və boyanma prosesini izləyiciləri ilə bölüşməyi unutmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə geniş marağa səbəb olub çoxlu bəyənmə və şərhlər toplayıb.
Mənsumə
Sfera.az