İranın paytaxtı Tehranda qeyri-adi kütləvi toy mərasimi keçirilib. Dövlət tərəfindən təşkil olunan tədbirdə eyni vaxtda 1000-dən çox cütlük nikah bağlayıb. Hərbi nəqliyyat vasitələrinin toy maşınlarına çevrildiyi mərasimdə çəhrayı bəzəklər, bayraqlar və ölkə liderinin portretləri nümayiş etdirilib.




Sfera.az xəbər verir ki, tədbirin ən diqqətçəkən məqamlarından biri klassik toy avtomobilləri əvəzinə hərbi nəqliyyat vasitələrindən istifadə olunması olub.


 


Pulemyotlarla təchiz edilmiş bəzi maşınlar çiçəklərlə və çəhrayı-ağ bəzəklərlə bəzədilərək gəlin və bəy üçün təqdim edilib. Bu unikal kombinasiya iştirakçılar arasında maraq doğurub.




Toy mərasimi yalnız evlilik tədbiri deyil, həm də simvolik elementlər baxımından diqqət çəkib. Tədbir ərazisində çəhrayı rəngə boyanmış raket maketləri, İran bayraqları və ölkə lideri Əli Xameneinin portretləri nümayiş olunub. Ekspertlər bildirirlər ki, bu cür vizual elementlər tədbirin yalnız sosial deyil, həm də ideoloji mesaj daşıdığını göstərir.




Davam edən müharibə gərginliyi fonunda keçirilən kütləvi toy mərasimi İran hökumətinin həm sosial həmrəyliyi gücləndirməyə, həm də ideoloji mesaj verməyə yönəlmiş addım kimi qiymətləndirilir. Hərbi nəqliyyat vasitələri və dövlət simvollarının tədbirdə istifadəsi xüsusilə diqqət çəkib.




Minlərlə insanın qatıldığı mərasim Tehranda uzun müddət müzakirə olunacaq görüntülərlə başa çatıb.


 


Mənsumə

Sfera.az