ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Konqres üzvləri ilə görüşdə İranla bağlı son vəziyyəti şərh edib. 




Sfera.az xəbər verir ki, Tramp bildirib ki, İranla danışıqlar davam edir və razılığa yaxın vaxtlarda nail olunacağı gözlənilir.


 


Prezident həmçinin vurğulayıb ki, ABŞ İranın nüvə proqramına heç vaxt göz yummayacaq və Tehranın nüvə silahı hazırlamasına icazə verməyəcək.




Tramp çıxışında deyib: 




“Bu müharibəni çox tez bitirəcəyik. Onlar bu vəziyyətdən beziblər. Düşünürəm ki, bunu yaxın zamanda həll edəcəyik və ümid edirəm prosesi gözəl şəkildə başa çatdıracağıq”.




Prezident İranın hərbi və siyasi potensialına da toxunaraq bildirib: 




“Biz onların donanmasını, hava qüvvələrini və zenit silahlarını məhv etdik. Liderlərinin gedib-getmədiyini demək istəmirəm, amma bu bir faktdır. ABŞ heç bir halda İranın nüvə silahı hazırlamasına dözməyəcək”.




Qeyd edək ki, 2,5 ay davam edən müharibə zamanı ABŞ və İran arasında Pakistanın paytaxtında keçirilən atəşkəs danışıqları nəticəsiz qalıb və iki ölkə arasındakı gərginlik hələ də yüksək səviyyədədir. ABŞ administrasiyası danışıqların davam etdirildiyini bildirir və mümkün sülh yolunu araşdırmağa çalışır.


 


Mənsumə

Sfera.az