Məşhur müğənni Hadisə sosial mediada yay mövsümünü çimərlik fotoları ilə qeyd edib. 




Sfera.az xəbər verir ki, “İnstagram” hesabında yeni şəkillərini paylaşan məşhur izləyicilərinin diqqətini cəlb edib.




Qeyd edək ki, sosial mediadan aktiv istifadə edən Hadisənin 13,8 milyon izləyicisi var. Müğənni dəniz kənarında çəkdirdiyi fotoları ardıcıl paylaşaraq yay mövsümünün açılışını elan edib.




40 yaşlı müğənni fotolarda təravətli və enerjili görünüşü ilə diqqət çəkib. Paylaşımlar qısa müddət ərzində minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər fotoları həm təriflərlə, həm də maraqlı şərhlərlə qarşılayıblar.




Hadisənin sosial mediada həm şəxsi həyatı, həm də səhnə fəaliyyəti ilə aktiv olması onu izləyiciləri arasında daha da populyar edib.


 


Mənsumə

Sfera.az