Məşhur müğənni və aktrisa Selena Qomez rejissor Bredi Korbetin yeni “Dünyanın Mənşəyi” filmində rol alacaq. Layihə əyləncə dünyasında böyük müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, təxminən 4 saat davam edəcəyi gözlənilən 18+ filmi 1970-ci illərdə və qeyri-ənənəvi ssenarisi ilə diqqət çəkəcək.
Film ssenarisinin təxminən 200 səhifə olduğu bildirilir.
Qomezin layihədə yer alacağı xəbəri sosial mediada paylaşımlarından sonra gündəmə gəlib. Eyni filmdə Keyt Blanşett və Maykl Fassbender kimi Hollivudun tanınmış simalarının da iştirak edə biləcəyi vurğulanır. Rəsmi aktyor heyəti hələ açıqlanmayıb.
Ekspertlər və pərəstişkarlar layihəni Selena Qomezin Disney dövründəki “təmiz imicindən” uzaqlaşması kimi şərh edirlər. Qomez əvvəllər verdiyi müsahibələrdə gənc yaşda məşhur olmağın təzyiqlərindən danışdığını və öz kimliyini sərbəst şəkildə ifadə etmək istədiyini bildirib.
Mənsumə
Sfera.az