"COP29-un uğur hekayəsini yazan Azərbaycan mediası bu təcrübəni WUF13-də də davam etdirir və bu, xüsusilə sevindirici haldır".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi icraçı direktorunun müavini Natiq Məmmədli Dünya Şəhər Forumunun (WUF13) dördüncü günündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycan mediası artıq beynəlxalq tədbirlərin işıqlandırılmasında geniş təcrübə qazanıb və bu bizi məmnun edir.
N. Məmmədli qeyd edib ki, yerli media həm ölkə daxilində, həm də beynəlxalq auditoriya üçün əsas informasiya mənbələrindən biri kimi çıxış edir.
Onun sözlərinə görə, WUF13 zamanı jurnalistlər üçün yaradılan media məkanı tədbirin ən aktiv zonalarından birinə çevrilib və burada fasiləsiz iş prosesi müşahidə olunur.
O həmçinin vurğulayıb ki, hazırda Azərbaycanın media gündəliyinin əsas istiqamətlərindən birini WUF13 çərçivəsində keçirilən tədbirlər və burada səsləndirilən mühüm mesajlar təşkil edir.
Firuzə Əliyeva
Sfera.az