Almaniya əhali üçün fəaliyyət göstərən sığınacaqların olmadığını açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Belə ki, daxili işlər naziri Aleksandr Dobrindt mülki müdafiə planını təqdim edib. Planın əsas məqamı odur ki, fövqəladə vəziyyətdə NINA mobil tətbiqi sakinləri sığına biləcəkləri bunkerlərə, metro stansiyalarına və yeraltı dayanacaqlara yönləndirəcək.
Lakin zəruri sığınacaq planı bir ildən çoxdur ki, təsdiqini gözləyir. Almaniya Şəhərlər və İcmalar Assosiasiyasının rəhbəri Andre Berqhegger ölkədəki vəziyyəti dövlət qurumlarının bu məsələdə əməkdaşlıq edə bilməməsi səbəbindən kritik hesab edir./globalinfo