Türkiyənin uzunömürlü televiziya layihələrindən biri olan "Arka Sokaklar" ilə bağlı gözlənilməz qərar verilib.
Sfera.az xəbər verir ki, məlumata görə, “Kanal D” rəhbərliyi serialın yayımının dayandırılması barədə qərar qəbul edib.
Bununla da illərdir ekranlarda olan layihənin 21-ci mövsüm planları ləğv edilib.
Qeyd olunur ki, qərar artıq aktyor heyətinə də bildirilib. Serialın istehsalçısı olan “D Media” tərəfindən hazırlanan layihə “Kanal D”nin ən tanınmış ekran işlərindən biri hesab olunurdu.
Xatırladaq ki, “Kanal D” qısa müddət əvvəl yeni mövsüm üçün aktyorlarla müqavilələr imzalanmasına baxmayaraq “Eşref Rüya” serialının da final edilməsi barədə qərar vermişdi. Bu addımdan sonra “Arka Sokaklar”la bağlı qərar Türkiyə televiziya ictimaiyyətində müzakirələrə səbəb olub.
Fidan Hacızadə
Sfera.az