ABŞ Prezidenti Donald Tramp İranla razılaşma olub-olmayacağı ilə bağlı “düzgün cavab” almağa ümid etdiyini bildirib. Tramp əlavə edib ki, əks halda bu ölkə ilə “işlər çox tez baş verə bilər”.




Sfera.az xəbər verir ki, Tramp Vaşinqtonda hava limanında jurnalistlərin İranla bağlı suallarını cavablandırıb. Prezident vəziyyəti “çox təhlükəli” adlandırıb.




“Əgər biz razılığa gəlsək çoxlu vaxt, enerji və ən əsası həyat qazanacağıq. Onlardan düzgün, tamamilə 100 faiz dəqiq cavab almalıyıq, əks halda işlər çox sürətlə gedəcək”, – deyə Tramp bildirib.




O həmçinin vurğulayıb ki, hazırda İrandakı liderlər əvvəlki liderlərdən daha “rasional” və “məqbul”durlar:


 


"Çox yaxşı insanlarla işləyirik. İstedadlı və ağıllı insanlardır. Ümid edirəm ki, onlar hər kəs üçün əla razılaşma əldə edəcəklər”.


 


Mənsumə

Sfera.az