Azərbaycan və Fransa prezidentləri arasında telefon danışığı olub.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın dövlət başçısının sosial şəbəkə hesabında paylaşım edilib.


Məlumata görə, mayın 21-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. pizza sifarişi


Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Azərbaycan və Fransa prezidentləri regional və qlobal məsələləri də müzakirə edib.



Telegram kanalımız