Frayburq və Aston Villa arasında keçirilən UEFA Avropa Liqasının final matçı Beşiktaşın Tüpraş Arenasında oynanılıb.
Sfera.az bildirir ki, bütün futbol azarkeşləri tərəfindən maraqla izlənilən və İstanbulda oynanılan UEFA Avropa Liqası finalında Britaniya Kral Ailəsi üzvü də iştirak edib. Britaniya Kral Ailəsinin varisi, sadiq “Aston Villa” azarkeşi kimi tanınan Şahzadə Uilyam da matçı tribunadan izləyib. Şahzadə Uilyam qolları sonra böyük sevinclə qeyd edib.
Uels Şahzadəsi Uilyam Almaniyanın “Frayburq” komandası ilə İngiltərənin Aston Villa komandası arasında keçirilən final matçını tribunadan izləyib. Qeyd edək ki, Şahzadə Uilyam "Aston Villa"nın sadiq azarkeşidir. Onun “Aston Villa"nın qol vurmasını coşğun şəkildə bayram etdiyi görüntülənib.
Aynil