Misli Premyer Liqasında sonuncu - XXXIII turun açılış matçında "Qəbələ" "Şamaxı"nı məğlub edib.


 


Sfera.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.


 


"Qəbələ"nin heyətində Seydina Keyta (4), Domi Massumo (33), Nicat Əliyev (36) fərqləniblər. "Şamaxı"nın qolunu isə Kərim Rossi (15) vurub.


 


Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.


 


Tura mayın 24-də yekun vurulacaq.