Fransanın “Tuluza” klubu yeni baş məşqçi təyinatını rəsmən elan edib.
Sfera.az xəbər verir ki, klubun açıqlamasına əsasən, komandanı bundan sonra danimarkalı mütəxəssis Cens Bertel Askou çalışdıracaq.
Onunla 2 illik müqavilə imzalandığı bildirilib və tərəflər arasında razılaşmanın yaxın günlərdə qüvvəyə minəcəyi qeyd olunub.
Niyaz Hacıyev
Sfera.az