Müğənni Vüqar Muradov açıqlaması ilə gündəm olub.
Sfera.az xəbər verir ki, sənətçi, "el toyu" edən həmkarlarını tənqid edib.
O bildirib ki, ailəvi olmayan və küftə-bozbaş yeməyi verilərək keçirilən məclislərə qatılmaq istəmir:
"Çox dəyərli musiqiçi dostlarım, xahiş edirəm məni ailəvi olmayan, küftə-bozbaş verilən məclislərə dəvət etməyin. Çünki ancaq 500-600 kişi olur, ən az 400 nəfərlə öpüşüb-görüşmək yorucudur”.
Vüqar ənənəvi bəy-gəlin toylarına məmnuniyyətlə qatılacağını və belə məclisləri daha uyğun hesab etdiyini deyib:
"Normal bildiyimiz bəy-gəlin toyu edib dəvət edin, gəlim pulumu yazdırım, ifa edim. Çünki mən özüm gələcəkdə nə özümə, nə də övladıma küft- bozbaşlı məclisi etməyəcəyəm. Anlayışla qarşılayacağınıza əminəm. Hər kəsə xoşbəxtlik arzu edirəm".\azxeber.com