Məşhur müğənni Hadisə qatıldığı bir proqramda keçmiş sevgilisi Sinan Akçıldan gizli şəkildə bəhs edərək yenidən gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, müğənni yeni albomu ilə diqqət çəkərək illər əvvəl yaşadığı ehtiraslı eşq macərasını da xatırladıb.


 


Proqramda “Yeni mahnılarınızı kim dinləməlidir?” sualı ilə qarşılaşan Hadisə belə cavab verib:


 


“Düşünürəm ki, keçmiş sevgililərə deyəcək bir şey yoxdur. Bunun bizim üçün nə əhəmiyyəti var, elə deyilmi? Heç vaxt keçmiş sevgililərə diqqət yetirə bilmərik. Hətta onlar bizim sayəmizlə populyarlıq qazansalar belə… Mən olmasam, onlardan danışılmayacaq. Oh, mən çox şadam ki, varam”.


 


Sözlərinin ardından özünü öpməyə başlayan Hadisə sosial mediada sürətlə trend mövzusuna çevrilib. İstifadəçilər Sinan Akçılın konsertlər zamanı etdiyi əvvəlki istinadları yenidən paylaşaraq mövzunu aktuallaşdırıblar.


 


Mənsumə


Sfera.az