Keçmiş model Buket Saygı sosial media hesabında məşhur müğənni Ebru Gündeşin əvvəllər heç yerdə yayımlanmayan bir fotosunu paylaşaraq izləyicilərini təəccübləndirib.
Sfera.az xəbər verir ki, 90-cı illərin podium səhnəsində iz buraxan Saygı sosial media paylaşımına maraqlı bir şərh də əlavə edib.
Buket Saygı fotoya yazıb: “24 il əvvəl necə də çirkin idik, Ebru, bağışla!”
Paylaşılan şəkil müğənninin 24 yaşında olan təbii və sadə görünüşünü əks etdirib. Fotoda Ebru Gündeşin makiyajsız, gənc və məsum siması izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Ebru Gündeş uzun illərdir Türkiyədə ən çox sevilən müğənnilərdən biridir. İllər boyunca sənətçi həm səsi, həm də görünüşü ilə diqqət çəkib.
Kosmetik prosedurları səbəbindən zaman-zaman tənqid və ya tərif alsa da, bu paylaşım onun gənc yaşdakı sadə gözəlliyini ortaya çıxarıb. Pərəstişkarlar fotoya böyük reaksiya göstərərək şərhlərdə öz təəccüblərini və həyəcanlarını bölüşüblər. Bəzi izləyicilər “Vaxt necə də tez keçir”, “Ebru bu fotoda da çox gözəl görünür” kimi şərhlər yazıblar.
Mənsumə
Sfera.az