İspaniyalı müdafiəçi Sezar Aspilikueta cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Sfera.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Uzun illərdən sonra həyatımda yeni bir fəslə başlamağın vaxtı gəldiyini hiss edirəm. Futbolda keçirdiyim hər an üçün minnətdaram”,– deyə Aspilikueta bildirib.
2025-ci ildən İspaniyanın “Sevilya” klubunda çıxış edən müdafiəçi bu mövsüm 16 oyunda meydana çıxıb. Aspilikueta karyerası ərzində “Çelsi”, “Atletiko Madrid”, “Marsel” və “Osasuna” kimi klubların formasını geyinib.
Təcrübəli futbolçu “Çelsi” ilə 2021-ci ildə UEFA Çempionlar Liqası kubokunu qazanıb. Bundan başqa, o, İngiltərə Premyer Liqası, Avropa Liqası və UEFA Super Kuboku da daxil olmaqla bir sıra nüfuzlu titullara sahib olub.İspaniya millisinin sabiq üzvü olan Aspilikueta yığmada 44 oyun keçirib və 1 qol vurub.
Niyaz Hacıyev
Sfera.az