Konqo Demokratik Respublikasında təxminən 750 Ebola virusuna yoluxma və 177 ölüm hadisəsi qeydə alınıb. 


 


Sfera.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial media platformasında məlumat verib.


 


Onun sözlərinə görə, indiyə qədər infeksiya ilə bağlı 82 yoluxma və yeddi ölüm hadisəsi təsdiqlənib.