ABŞ Prezidenti Donald Tramp bu həftə sonu böyük oğlunun Baham adalarında keçiriləcək toyunda iştirak etməyəcəyini bildirib. Tramp səbəb kimi İranla bağlı məsələlərini göstərib və “Vaxt uyğun deyil” deyə qeyd edib.
Sfera.az xəbər verir ki, Tramp “NBC News”a açıqlamasında bu haqda danışıb:
“Oğlum mənim gəlməyimi istəyir. Toy kiçik, özəl bir toplantı olacaq. Getməyə çalışacağam, amma mənim üçün vaxt uyğun deyil. İranla bağlı problemim və digər işlərim var. Qazana bilməyəcəyim yeganə məsələ budur”.
Prezident həmçinin qeyd edib ki, toyda iştirak edib-etməməsindən asılı olmayaraq media ona hücum edəcək.
Qeyd edək ki, Trampın böyük oğlunun toyu bu həftə sonu Baham adalarındakı özəl bir adada keçiriləcək.
Mənsumə
Sfera.az