Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.


 


Sfera.az bildirir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.


 


Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub.


 


Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.