ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard istefa verdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Qabbard qərarının əsas səbəbi kimi nadir sümük xərçəngi ilə mübarizə aparan ərinə daha çox vaxt ayırmaq və ona dəstək olmaq istədiyini göstərib.
Qabbard ABŞ-ın yeni hərbi münaqişələrə cəlb olunmasına qarşı mövqeyi ilə tanınırdı.
O, xüsusilə administrasiyasının başladığı İran əməliyyatı ərəfəsində kəşfiyyat məlumatlarının Tehranın nüvə silahı hazırladığına dair iddiaları təsdiqləmədiyini bildirmişdi./globalinfo