Bu gün Misli Premyer Liqasında souncu - 33-cü turun növbəti oyunları keçiriləcək.


"Yeni Sabah" xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. "Kəpəz" komandası çempion "Neftçi" ilə üz-üzə gələcək.


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra "Kəpəz" 27 xalla 10-cu, "Neftçi" klubu isə 56 xalla dördüncü sırada qərarlaşıb. pizza mizza


Günün son matçında isə "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.


Xatırladaq ki, aktivində 43 xalı olan "Araz-Naxçıvan" komandası turnir cədvəlinin altıncı, 53 xalı olan Rəşad Sadıqovun kollektivi isə beşinci pillədə qərarlaşıb.


Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.


Misli Premyer Liqası


XXXIII tur


23 may


15:00. "Kəpəz" - "Neftçi"


Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev;


VAR: Elçin Məsiyev;


AVAR: Kamran Bayramov;


Hakim-inspektor: Orxan Məmmədov;


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.


19:00. "Araz-Naxçıvan" - "Zirə"


Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov;


VAR: Kamal Umudlu;


AVAR: Asiman Əzizli;


Hakim-inspektor: İmanxan Sultani;


"SOCAR Polymer Arena".



Telegram kanalımız