İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayinik ölkəsinin qanuni hüquqlarının tanınmamasının ABŞ Prezidenti Donald Tramp üçün daha böyük məğlubiyyətlərə yol açacağını bildirib. 




Sfera.az xəbər verir ki, sözçü Trampın İran xalqının tələblərinə boyun əyməyə məcbur olduğunu vurğulayıb:


 


“Trampın İran xalqının tələblərini qəbul etməkdən başqa çarəsi yoxdur".




O, ABŞ və İsrailin İrana qarşı başlatdığı bu müharibədən yeganə çıxış yolunun Tehranın şərtlərinə əməl olunmasından keçdiyini qeyd edib:




“Tramp İran xalqının istəklərini və ölkəmizin legitim hüquqlarını qəbul etmək məcburiyyətindədir”.




Sözçü onu da əlavə edib ki, müharibənin uzanması həm ABŞ xalqı, həm də beynəlxalq birlik üçün daha ağır fəsadlar törədəcək. Təlayinik regionun daha böyük zərər görməməsi üçün İranın irəli sürdüyü təkliflərin dərhal qəbul edilməli olduğunu diqqətə çatdırıb.




Bəsti Rəfizadə

Sfera.az