Havay adalarında 6 maqnitudalı zəlzələ baş verib.


 


Sfera.az  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir.


 


Zəlzələnin episentri Honauno-Napupu yaşayış məntəqəsindən 6 km cənub-şərqdə yerləşir, ocağı isə 16 km-dən bir qədər daha çox dərinlikdə olub.


 


Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.