Almaniyalı futbolçu Lukas Podolski peşəkar karyerasını başa vuracağını açıqlayıb.


 


Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın "Qurnik" klubunun mətbuat xidməti məlumat yayıb.


 


Qeyd edilib ki, mayın 23-də "Radomyak"a qarşı keçiriləcək oyun Podolskinin karyerasında son görüş olacaq.


 


40 yaşlı Podolski 2021-ci ildən "Qurnik"də çıxış edir. O, karyerası ərzində "Bavariya", "Arsenal", "İnter", "Qalatasaray", "Antalyaspor" və "Vissel Kobe" kimi klublarda oynayıb.




Almaniya milli futbol komandası ilə 2014-cü ildə dünya çempionu olan Podolski, həmçinin 2006 və 2010-cu il dünya çempionatlarında bürünc medal qazanıb.