İsrailin ultra-sağçı naziri İtamar Ben-Qvir ölkəsinin beynəlxalq sularda qeyri-qanuni şəkildə saxladığı "Qlobal Sumud Flotu" fəallarına qarşı tətbiq edilən pis rəftarı tərifləyən görüntüləri sosial media hesabında paylaşıb.
Sfera.az xəbər verir ki, “X" platformasındakı paylaşımında İsrail bayrağını dalğalandıraraq “İsrailə xoş gəlmisiniz” yazan Ben-Qvirin videosunda, Aşdod limanına gətirilən fəallara qarşı edilən kobud və qeyri-insani rəftar kameralara əks olunub.
Sözügedən videonun yayılmasından sonra başda Avropa ölkələri olmaqla, bir çox dövlətlərdən kəskin reaksiyalar gəlib.
Görüntülərlə bağlı bir çox ölkənin rəsmiləri və nazirləri sərt tənqidi bəyanatlar səsləndirib, eyni zamanda İsrailə qarşı yeni sanksiyalar paketi gündəmə gətirilib. Fransa Xarici İşlər Naziri Jan-Noel Barro İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu gündən etibarən Fransa ərazisinə girişinin qadağan edildiyini açıqlayıb.
Sosyal media hesabı üzərindən açıqlama verən Barro, Avropa İttifaqından da israilli nazir Ben-Qvirə qarşı analoji sanksiyaların tətbiq olunmasını tələb etdiyini bildirib.
Qeyd edək ki, skandallı görüntülərə qarşı təpkilər təkcə xaricdən gəlməyib. İsrailin daxilində də başda Baş nazir Benyamin Netanyahu olmaqla bir çox siyasi fiqur, ultra-sağçı naziri bu addımına və davranışlarına görə kəskin tənqid edib.
Bəsti Rəfizadə
Sfera.az