ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampa qarşı sui-qəsd planladığı iddia edilən İraq vətəndaşı Məhəmməd Bakır Səid Davud əl-Saadi Türkiyədə saxlanılıb.


 


Sfera.az xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, 32 yaşlı şübhəli 15 may tarixində ABŞ-yə getməyə hazırlaşdığı vaxt Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.


 


ABŞ Ədliyyə Nazirliyi bildirib ki, əl-Saadi Donald Trampın böyük qızını hədəf almaqla bağlı plan qurub. İddialara görə, bu addım İran generalı Qasım Süleymaninin öldürülməsinə “intiqam” məqsədi daşıyıb.


 


“New York Post”-un yazdığına görə, şübhəlinin Florida ştatında yerləşən Indian Creek adasında İvanka Trampın yaşadığı evin sxemini əldə etdiyi və sosial şəbəkədə paylaşdığı müəyyən edilib. Paylaşımda onun hədə-qorxu xarakterli ifadələr işlətdiyi bildirilir.


 


Məlumatlara əsasən, şübhəli Toronto, Amsterdam və digər şəhərlərdə baş verən ümumilikdə 18 hücum və ya hücum cəhdi ilə əlaqələndirilib. 


 


ABŞ rəsmiləri hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Şübhəlinin hazırda Nyu-Yorkdakı Bruklin həbsxana mərkəzində təkadamlıq kamerada saxlandığı qeyd olunur.


 


Mənsumə

Sfera.az